EN

Goranboyda ər-arvad ağır vəziyyətdə xəstəxanaya aparılıb

Goranboyda ər-arvad dəm qazından zəhərlənib, vəziyyətləri ağırdır.  

Moderator.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Aqşin Qəribov və 1982-ci il təvəllüdlü Aynurə Qəribova dəm qazından zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Goranboy rayon Mərkəzi Xəstəxanasına  çatdırılıblar.

Hər iki şəxsə dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir. İlkin məlumata görə, ər-arvad yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
31
9
moderator.az

10Sources