EN

Frattezi “Fənərbağça”nın transfer siyahısına düşüb

İtaliyanın “İnter” komandasının yarımmüdafiəçisi Davide Frattezinin adı “Fənərbağça”nın transfer gündəminə düşüb və İstanbul təmsilçisi 26 yaşlı futbolçunu heyətinə qatmaq variantını nəzərdən keçirir.

İdman.Biz “SportMediaset”ə istinadla xəbər verir ki, Türkiyə klubu Frattezini məcburi satınalma şərti ilə icarəyə götürmək istəyir və bu transfer üçün təxminən 40 milyon avro (təxminən 74 milyon AZN) xərcləməyə hazırdır.

Mənbənin yazdığına görə, “Fənərbağça” rəhbərliyi yarımmüdafiə xəttini gücləndirmək üçün məhz Frattezini prioritet namizədlərdən biri hesab edir və yaxın günlərdə “İnter”lə danışıqları intensivləşdirməyi planlaşdırır.

İdman.Biz
Chosen
49
1
idman.biz

2Sources