EN

Pezeşkiandan ŞOK AÇIQLAMA: “Müharibə hər an başlaya bilər”

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsi faktiki olaraq Qərb dövlətləri və İsraillə tammiqyaslı qarşıdurma vəziyyətindədir.

“Mənim fikrimcə, biz Amerika, İsrail və Avropa ilə tammiqyaslı müharibə vəziyyətindəyik. Onlar ölkəmizin möhkəm şəkildə ayaqda durmasını istəmirlər”, – deyə Pezeşkian İranın ali rəhbəri ayətullah Əli Xameneinin rəsmi saytında dərc olunan müsahibəsində bildirib.

NOCOMMENT.az xəbər verir ki, bununla yanaşı, prezident vurğulayıb ki, İranın hərbi potensialı əvvəlki hücumlar dövrü ilə müqayisədə xeyli güclənib. Onun sözlərinə görə, əgər Tehrana zərbələr endirilərsə, İran hazırda daha qətiyyətli cavab verməyə qadirdir.

“İran cəmiyyətinin birliyi bütün düşmən planlarını puça çıxaracaq”, – deyə Pezeşkian qeyd edib.

Eyni zamanda, İran prezidenti Tehranın eskalasiyada maraqlı olmadığını, lakin milli maraqlarını bütün mövcud vasitələrlə müdafiə edəcəyini bildirib. Onun sözlərinə görə, İran müdafiə potensialını inkişaf etdirməyə və regiondakı müttəfiqləri ilə əməkdaşlığı gücləndirməyə davam edəcək.

Bununla paralel olaraq Pezeşkian İranın qonşu ölkələrlə münasibətlərində, o cümlədən mədəni və iqtisadi sahələrdə əhəmiyyətli irəliləyişlər əldə etdiyini vurğulayıb. Bu ölkələr sırasında o, Azərbaycan, Özbəkistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər dövlətlərin adını çəkib.

Dövlət başçısı İranın Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanla “çox yaxşı münasibətlər” qurduğunu da qeyd edib.

Chosen
40
50
nocomment.az

10Sources