EN

Naxçıvanın qarın hündürlüyü 29 sm-ə çatdı

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb.

Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3 000 m) qarın hündürlüyü 29, Parağaçaq Qar Uçqunu Stansiyasında 7 sm, Şahbuz rayonunun Kükü kəndində 16 sm, Şərurda 5 sm, Sədərək və Kəngərlidə 3 sm, Şərurun Axura kəndində isə 8 sm qeydə alınıb.

Chosen
6
29
paralel.az

10Sources