BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Polşa iki il ərzində ölkənin şərq sərhədində pilotsuz uçuş aparatlarına (PUA) qarşı yeni müdafiə sisteminin yaradılmasını başa çatdırmağı planlaşdırır.
TurkicWorld xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik “The Guardian” qəzetinə verdiyi müsahibədə bildirib.
“Sistemin ilkin imkanlarından təxminən altı ay ərzində, bəlkə də daha tez istifadə edə biləcəyimizi gözləyirik. Sistemin tam şəkildə istifadəyə verilməsi isə 24 ay çəkəcək”, – deyə o qeyd edib.
Tomçikin sözlərinə görə, yeni hava hücumundan müdafiə sistemləri on il əvvəl inşa edilmiş mövcud müdafiə xəttinə inteqrasiya olunacaq. O bildirib ki, bu müdafiə xətti çoxqatlı olacaq və pulemyotlar, artilleriya qurğuları, raketlər, eləcə də dronlara qarşı radioelektron maneə sistemləri kimi müxtəlif müdafiə vasitələrini əhatə edəcək.
Qəzetin mənbələrinə istinadən verdiyi məlumata görə, layihənin dəyəri təxminən 2 milyard avro təşkil edəcək