
Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Nəsr” “Əl-Uhud”u 3-0 hesabı ilə məğlub edib.
Yeniavaz.com xəbər verir ki, “Əl-Nəsr”in 40 yaşlı portuqaliyalı hücumçu Kriştiano Ronaldo dubl edib.
Bununla da o, karyerasının 955-ci və 956-cı qollarını vurub.
Qeyd edək ki, Ronaldonun komandası hazırda 30 xalla turnir cədvəlinə başçılıq edir.