EN

Tramp-Zelenski görüşünün vaxtı dəyişdirildi

ABŞ Prezidenti Donald Trampın dekabrın 28-də Floridada ukraynalı həmkarı Volodimir Zelenski ilə planlaşdırılan görüşü daha erkən vaxta keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ liderinin Ağ Evin yaydığı iş qrafikində deyilir.

Yenilənmiş qrafikə əsasən, görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 22:00-da - red.) Palm-Biçdə baş tutacaq - Trampın iqamətgahı Mar-a-Laqo kurortun yaxınlığında yerləşir. Tədbirin təfərrüatı barədə məlumat verilmir.

Dekabrın 26-da yayılan qrafikdə bildirilirdi ki, görüş yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 00:00-da - red.) başlayacaq.

Chosen
37
7
ikisahil.az

10Sources