İtaliya A Seriyasının 17-ci turunda "Yuventus" səfərdə "Piza"nın qonağı olub.
QOL.az xəbər verir ki, Turin təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Matçın 73-cü dəqiqəsində meydan sahibləri avtoqola üzülüb. 90+2-ci dəqiqədə isə Türkiyə millisinin hücumçusu Kenan Yılıdz oyunda son nöqtəni qoyub.
"Yuventus" 17 matçdan 32 xalla 3-cü pillədədir. "İnter" isə 15 tura 33 xal toplayıb və liderdir.
"Piza" - "Yuventus" - 0:2
Qollar: Kalabrezi 73(avtoqol), Kenan Yıldız 90+2