EN

Tramp-Zelenski görüşünün vaxtı dəyişdirildi

ABŞ Prezidenti Donald Trampın dekabrın 28-də Floridada ukraynalı həmkarı Volodimir Zelenski ilə planlaşdırılan görüşü daha erkən vaxta keçirilib.

 

Bu barədə ABŞ liderinin Ağ Evin yaydığı iş qrafikində qeyd olunub.

 

Yenilənmiş qrafikə əsasən, görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 22:00-da - red.) Palm-Biçdə baş tutacaq - Trampın iqamətgahı Mar-a-Laqo kurortun yaxınlığında yerləşir. Tədbirin təfərrüatı barədə məlumat verilmir.

 

Xatırladaq ki, dekabrın 26-da yayılan qrafikdə görüşün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 00:00-da - red.) başlayacağı bildirilmişdi.

Chosen
19
7
senzor.az

10Sources