EN

“Qalatasaray” Ukrayna millisinin ən bahalı futbolçularından birini alır

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna millisinin müdafiəçisi Vitali Mikolenkonun adı Türkiyənin “Qalatasaray” klubunun transfer gündəminə düşüb və İstanbul təmsilçisi futbolçunun mümkün keçidini nəzərdən keçirir.

İdman.Biz “Fotospor”a istinadla xəbər verir ki, “Qalatasaray” rəhbərliyi 26 yaşlı oyunçunun transferini artıq yanvar ayında rəsmiləşdirmək istəyir. Buna səbəb Mikolenkonun “Everton”la müqaviləsinin mövsümün sonunda başa çatmasıdır.

Daha əvvəl mediada futbolçunun yayda azad agent kimi İngiltərə klubunu tərk edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Mənbənin yazdığına görə, “Qalatasaray” üçün alternativ variant kimi Mikolenkonun “Fulhem”in müdafiəçisi Entoni Robinsonla dəyişdirilməsi ehtimalı da müzakirə olunub.

Cari mövsümdə Vitali Mikolenko bütün turnirlərdə 16 matçda meydana çıxıb və qol və ya məhsuldar ötürmə ilə fərqlənməyib. Transfermarkt portalının qiymətləndirməsinə əsasən, Ukrayna millisinin ən dəyərli futbolçularından birinin transfer dəyəri 25 milyon avro (təxminən 46,25 milyon AZN) təşkil edir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
icma.az

2Sources