Tokionun Tama zooparkında administrasiya qəfəsdən bir canavarın itdiyini aşkar etdikdən sonra ziyarətçilər təcili təxliyə olunublar.
Bu barədə zoopark administrasiyası məlumat yayıb.
Zooparkın əməkdaşları artıq heyvanın yerini müəyyən ediblər – o, parkın ərazisindədir. Hazırda heyvanın tutulması istiqamətində işlər aparılır. Xəsarət alanlar barədə məlumat daxil olmayıb, parka giriş dayandırılıb. Canavarın qəfəsi necə tərk edə bildiyi hələlik məlum deyil.
"Cebheinfo.az"