EN

Tokioda qəfəsdən qaçan canavar tutulub - YENİLƏNİB

Tokionun Tama zooparkının işçiləri qəfəsdən qaçan canavarı tutublar.

"Far.Az" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Daha əvvəl zooparkın rəhbərliyi canavarlardan birinin qəfəsdən qaçması səbəbindən bütün ziyarətçiləri təxliyə etmək və fəaliyyəti dayandırmaq məcburiyyətində qalıb.

Heyvanın qəfəsdən necə qaça bildiyi haqqında məlumat verilmir.

Tokionun Tama zooparkında administrasiya qəfəsdən bir canavarın itdiyini aşkar etdikdən sonra ziyarətçilər təcili təxliyə olunublar.

"Far.Az" xəbər verir ki, bu barədə zoopark administrasiyası məlumat yayıb.

Zooparkın əməkdaşları artıq heyvanın yerini müəyyən ediblər – o, parkın ərazisindədir. Hazırda heyvanın tutulması istiqamətində işlər aparılır. Xəsarət alanlar barədə məlumat daxil olmayıb, parka giriş dayandırılıb.

Canavarın qəfəsdən necə çıxdığı hələlik məlum deyil.

Chosen
53
3
far.az

10Sources