ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
"Rusiya Tayvan boğazında vəziyyətin mümkün gərginləşməsi halında Çinin dövlət birliyi və ərazi bütövlüyünün müdafiəsi məsələsində Pekini dəstəkləyəcək".
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Əgər Tayvan boğazında vəziyyətin gərginləşməsi baş verərsə, belə situasiyalarda atılacaq addımlar Rusiya ilə Çin arasında 16 iyul 2001-ci il tarixli Dostluq, Qonşuluq və Əməkdaşlıq Müqaviləsində açıq şəkildə təsbit edilib. Sənədin əsas prinsiplərindən biri dövlət birliyinin və ərazi bütövlüyünün müdafiəsində qarşılıqlı dəstəkdir”, – Lavrov bildirib.
O, həmçinin xatırladıb ki, daha əvvəl Rusiya ilə Çin arasında diplomatik münasibətlərin 75 illiyi münasibətilə “Rossiyskaya qazeta” üçün yazdığı məqalədə Qərbin Tayvan boğazında gərginliyi məqsədli şəkildə artırdığını qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.