EN

İllər sonra mümkün ticarət: Ermənistan Azərbaycana nə satmaq istəyir?

Ermənistanın iqtisadiyyat naziri Vahan Papoyan yaxın gələcəkdə Ermənistan məhsullarının Azərbaycana ixracının mümkünlüyünü istisna etməyib.

NOCOMMENT.az xəbər verir ki, nazirin sözlərinə görə, perspektivdə təkcə Azərbaycandan yeni idxal tədarükləri deyil, həm də Ermənistandan Azərbaycana ixrac imkanları yarana bilər.

“Yaxın gələcəkdə hər şey mümkündür. Hazırda biz “Gürcüstan Dəmir Yolları” şirkətindən tranzit üçün kifayət qədər rəqabətqabiliyyətli tarif əldə etmişik. Düşünürəm ki, həm Gürcüstan, həm də Azərbaycan tərəfi növbəti uğurlu razılaşma barədə açıqlama verəcək”, – deyə Papoyan bildirib.

O qeyd edib ki, Ermənistan Azərbaycana alüminium və alüminium folqa, meyvə-tərəvəz, bəzi içki növləri, eləcə də müxtəlif tekstil məhsulları ixrac edə bilər.

Chosen
55
nocomment.az

1Sources