EN

Mançester Yunayted 22 yaşlı futbolçu üçün 200 milyon avro ödəməyə hazırdır

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Mançester Yunayted" "Real"ın yarımmüdafiəçisi Cud Bellinqemlə müqavilə imzalamaqda maraqlıdır. Sport24.az "OK Diario"ya istinadən xəbər verir ki, ingilis klubu futbolçuya görə, Madrid klubuna təklif göndərməyə hazırlaşır.

Mənbənin sözlərinə görə, "Mançester Yunayted" 22 yaşlı futbolçu üçün 200 milyon avro ödəməyə hazırdır. İngiltərə təmsilçisi ulduz oyunçunu 2026-cı ilin yayında transfer etməyi planlaşdırır.

Qeyd edək ki, yarımmüdafiəçi 2025-ci ilin yayından "Real"da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" onun dəyərini 160 milyon avro olaraq qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
sport24.az

1Sources