““Rus Evi” uzun müddət ərzində ölkəmizdə heç bir qeydiyyatı olmadan fəaliyyət göstəriridi. 2025-ci ilin fevral ayının əvvəlində xəbərdarlıq edilmişdi ki, bu, qəbuledilməzdir. Pozuntular davam etdiyinə görə də “Rus Evi”nin bağlanmasına qərar verildi və icra olundu.
Bunu həftəsonu keçirdiyi mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
““Rus Evi” ilə bağlı ən son təmas bir neçə həftə öncə olub. Həmin təmaslar Rusiya tərəfindən yarımçıq ləğvetməylə bağlı idi. Müqaviləni başa çatdırmaq, bəzi ödənişlər, icarə, əməkhaqqı və s. Rusiya tərəfi bu prosesi başa çatdırmaq üçün mərkəzdən - Moskvadan ləğvedicilər təyin etmişdi. Azərbaycana gəldilər və səfirlikdən xahiş etdilər ki, Xarici İşlər Nazirliyi olaraq dəstək verək. Belə bir dəstək tərəfimizdən verildi. Yarımçıq və həll olunmayan məsələ qalmayıb. Ləğvetmə prosesi tam başa çatıb”, - nazir bildirib.
Maraqlıdır ki, elə ötən həftə vaxtilə “Rus Evi”nin də yerləşdiyi Üzeyir Hacıbəyov keçəsində yerləşən obyektin satışa çıxarıldığı barədə elan verilib. Bildirilir ki, 4 min kv metr ərazi zirzəmi qarışıq 40 milyon manata təklif olunur.
Qeyd edək ki, “Rus Evi“inin yerləşdiyi binanın satıldığı barədə xəbərlər hələ fevral ayında yayılmışdı.
“Rossotrudniçestvo” rəhbəri də o vaxt da təsdiqləmişdi ki, mülk sahibi onlara yaxın vaxtlarda əmlakı satmaq niyyətində olduğunu deyib. Belə görünür ki, nazirin də təsdiqlədiyi kimi bir neçə gün əvvəl bütün prosedurlar tamamlandığı üçün obyekt satlığa çıxarılıb.
Mənbə deyib ki, ola bilsin, bu ilin sentyabrında Cabir İmanovun vəfat etdiyi fitnes klubda həmin obyek sırasına daxildir. Obyekt sahibi haqda da bəzi iddialar var, amma dəqiqləşdirmə apardıqdan sonra məlumat verəcəyik.
Bakıdakı “Rus Evi” 1997-ci il iyulun 3-də Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş əsasında yaradılıb.
Musavat.com