EN

Qəfəsdən qaçan canavar tutuldu

Tokionun Tama zooparkının işçiləri qəfəsdən qaçan canavarı tutublar.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Daha əvvəl zooparkın rəhbərliyi canavarlardan birinin qəfəsdən qaçması səbəbindən bütün ziyarətçiləri təxliyə etmək və fəaliyyəti dayandırmaq məcburiyyətində qalıb.

Heyvanın qəfəsdən necə qaça bildiyi haqqında məlumat verilmir.


Telegram kanalımız
Chosen
22
3
yenisabah.az

10Sources