Dünya Karate Federasiyası azərbaycanlı karateçi Rəfael Ağayevlə bağlı paylaşım edib.
QOL.az xəbər verir ki, paylaşım qurumun İnstaqramdakı rəsmi səhifəsində yayımlanıb.
“Hamı onun adını bilir. Çox az adam əfsaninin tarixçəsini bilmir” - deyə paylaşımda qeyd olunur və onunla bağlı aşağıda qeyd olunan 8 məqam qeyd edilir:
1. O, 4 mart 1985-ci ildə Sumqayıtda (Azədbaycan) anadan olub.
2. Şotokan növündə döyüşür.
3. 5 qat WKF dünya çempionudur.
Fərdi dünya çempionatlarında ən çox qələbə qazanan karateçidir.
4. “Şərqin Panteri” ləqəbi ilə tanınır.
5. 11 dəfə Avropa çempionatının qalibi olub.
6. 7 yaşında məşqlərə başlayıb. Buna futbolçu olan atasının və döyüş sənətləri ilə məşğul olan qardaşlarının təsiri olub; onlar onda idmana dərin sevgi aşılayıblar.
7. Anası onun intizamının və dəyərlərinin formalaşmasında mühüm rol oynayıb.
8. Ağayev Tokio-2020 Olimpiya Oyunlarında çıxış edərək kişilər arasında kumite −75 kq çəki dərəcəsində gümüş medal qazanıb.




