EN

Naxçıvanda qarın hündürlüyü 29 santimetrə çatıb

Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasında qarlı-şaxtalı hava şəraiti hökm sürür.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər veriblər.

Məlumata əsasən, hazırda muxtar respublikanın şəhər və rayonlarına qar yağır.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 29, Parağaçay Qar Uçqunu Stansiyasında 7, Şahbuz rayonunun Kükü kəndində 16, Şərurda 5, Sədərək və Kəngərlidə 3, Şərurun Axura kəndində isə 8 santimetr qeydə alınıb.

Chosen
18
3
hafta.az

4Sources