EN

Rusiya qoşunları Qulyaypoleni ələ keçirdi

BAKI, 28 dekabr. TELEQRAF

Rusiya qoşunları Zaporojye vilayətindəki Qulyaypoleni qəsəbəsini ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın Bild qəzeti məlumat yayıb.

Bildirilib ki, təxminən 12 min nəfərlik əhalisi olan şəhər uğrunda döyüşlər Ukrayna müdafiəçiləri ilə Rusiya ordusu arasında dörd həftə davam edib. Döyüşlərdə Ukrayna tərəfi sayca az olsa damüqavimət göstərməyi bacarıb.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Qulyaypolenin ələ keçirildiyini açıqlayıb, lakin Ukrayna Baş Qərargahı bu məlumatı təkzib edib.

Chosen
48
2
teleqraf.com

3Sources