EN

Lavrov: "Gərginlik yaranacağı təqdirdə Rusiya Çini dəstəkləyəcək"

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Tayvan boğazında vəziyyətin mümkün gərginləşməsi halında Rusiya Çin Xalq Respublikasını dövlət birliyinin və ərazi bütövlüyünün qorunmasını dəstəkləyəcək.

"Ölkə.az" xəbər verir ki, o, bu barədə 2025-ci ilin yekunlarına həsr olunmuş müsahibəsində TASS agentliyinə açıqlama verib.

“Əgər Tayvan boğazında vəziyyətin mümkün kəskinləşməsindən söhbət gedirsə, belə hallarda fəaliyyət qaydaları ikitərəfli münasibətlər üçün əsas sənəd olan, 16 iyul 2001-ci il tarixli Çin Xalq Respublikası ilə mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında Müqavilədə əks olunub. Bu sənəddə təsbit edilmiş əsas prinsiplərdən biri dövlət birliyinin və ərazi bütövlüyünün qorunması məsələlərində qarşılıqlı dəstəkdir”, – deyə Sergey Lavrov qeyd edib.

Chosen
35
6
olke.az

7Sources