"Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşmək üzrədir.
QOL.az "Sport.ua" nəşrinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin "Çernomorets" klubunu çalışdırmağa ən real namizəddir.
Keçid baş versə, bu, 60 yaşlı mütəxəssisin Odessa təmsilçisinə üçüncü təyinatı olacaq.
Qriqorçukun "Çernomorets"də Stepan Matviyev, Mixail Savka və Andrey Qluşenkodan ibarət məşqçilər heyəti ilə çalışacağı da bildirilib. O, dekabrın 25-də istefaya göndərilmiş Aleksandr Kuçeri əvəzləyəcək.
Qeyd edək ki, Roman Qriqorçuk daha əvvəl 2010 - 2014-cü illərdə və 2021-ci ildə "Çernomorets"in baş məşqçisi olub. O, Azərbaycanda "Qəbələ" və "Neftçi"nin baş məşqçisi olub. 2015-18-ci illərdə "Qəbələ"ni çalışdıran mütəxəssis 2024-cü ilin iyunundan oktyabr ayına qədər "Neftçi"də işləyib. Onun "Neftçi" karyerası çox uğursuz alınıb.