EN

Latviya Rusiya və Belarusla sərhədləri boyunca gecə uçuşlarına qoyulan qadağanı bir daha uzadıb

ain.az bildirir, Operativmedia portalına istinadən.

Latviya hakimiyyəti Rusiya və Belarusla sərhədlər boyunca bütün növ hava gəmilərinin axşam və gecə saatlarında uçuşlarına tətbiq edilən qadağanı yenidən uzadıb.

Operativ Media xəbər verir ki, bu barədə TASS-a ölkə üzərindən hava hərəkətinə cavabdeh olan Riqa Uçuş Məlumat Bölgəsinin Nəzarət Xidməti məlumat verib.

Agentliyin mənbəsinin bildirdiyinə görə, Rusiya–Belarus sərhədi boyunca axşam və gecə uçuşlarına qoyulan qadağa daha bir həftə — gələn ilin 4 yanvar tarixinədək qüvvədə olacaq. Mənbə qeyd edib ki, Rusiya və Belarusla sərhəd bölgələrində hava məkanında uçuşlar hər gün UTC vaxtı ilə saat 17:00-dan 05:00-dək (Bakı vaxtı ilə 21:00-dan 09:00-dək) 6 kilometrədək hündürlüklərdə qadağandır.

“Məhdudiyyətlər və onların son dəfə uzadılması barədə məlumat ölkənin hava məkanından istifadə edən bütün tərəflərə çatdırılıb”, – deyə mənbə vurğulayıb. Qeyd edilib ki, ilk dəfə sentyabr ayında tətbiq edilən qadağa cari günün sonunadək qüvvədə olub.

Bununla yanaşı, oxşar məhdudiyyətlər Latviya–Rusiya və Latviya–Belarus sərhədləri ilə yanaşı, Estoniya və Litva ilə sərhədlər boyunca həyata keçirilən uçuşlara da şamil edilir. Hərbi qurumlar tərəfindən xüsusi icazə verilən uçuşlar istisna təşkil edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
operativmedia.az

1Sources