EN

ABŞ Konqresində Trampa qarşı ETİRAZ

ABŞ Konqresində prezident Donald Trampa federal binaları, torpaq sahələrini və digər obyektləri öz şərəfinə yenidən adlandırmağı qadağan edə biləcək qanun layihələri nəzərdən keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Newsweek nəşri yazıb.
 

Təşəbbüskar demokrat Eypril MakKleyn Delani olub. Səbəb 18 dekabrda İdarə Şurasının Con F. Kennedi adına İfa Sənəti Mərkəzinin adını “Donald C. Tramp və Con F. Kennedi Memorial İfa Sənəti Mərkəzi” kimi dəyişmək qərarı olub.


Birinci qanun layihəsi Şuranın popçilərini Trampın adını silməyə və yenidən adlandırma qərarını ləğv etməyə məcbur edir. İkinci layihə isə federal obyektlərə hazırkı prezidentlərin adlarının verilməsini qadağan edir.

Delani bildirib ki, Konqres Trampın milli xəzinələri və abidələri “brendləşdirməsini” dayandırmalıdır, xüsusən də sənətə və Con Kennedinin xatirəsinə həsr olunmuş müəssisəni.

Tənqid Robert Kennedinin qızı Kerri tərəfindən də səsləndirilib. Müstəqil senator Berni Sanders də Senata qanun layihəsi təqdim edib və federal obyektlərə hazırkı prezidentlərin adlarının verilməsini qadağan etməyi təklif edib.

Bizim.Media

Chosen
43
1
bizim.media

10Sources