“Neftçi” Ukraynanın “Şaxtyor” klubunun yarımmüdafiəçisi Dmitri Topalovu transfer etmək istəyir.
İdmanxeber.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar aparılır. Paytaxt klubu 27 yaşlı futbolçuya 6 aylıq müqavilə təklif edib. O, özünü doğruldarsa, müqavilə daha bir il uzadıla bilər.
Baş məşqçi Yuri Vernidub bu transferdə maraqlıdır və futbolçunun Ukraynadan ayrılması üçün xüsusi icazənin alınacağına ümid edir.
Qeyd edək ki, Topalov “Şaxtyor”a məxsusdur və daha əvvəl “Mariupol”, “Kolos” və “LNZ Çerkassı” klublarında icarə əsasında çıxış edib.
Onun müqaviləsi dekabrın 31-də başa çatır.