Srağagün Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı start götürüb.
"Football-plus.az" xəbər verir ki, mundialda rekord sayda şahmatçı iştirak edəcək. Bunu Qətər Şahmat Federasiyasının prezidenti Məhəmməd əl-Modahka mətbuat konfransında deyib.
Dünya çempionatında 400 kişi və qadın şahmatçı yarışacaq. Onlar arasında blits üzrə dünya çempionatının qalibi Maqnus Karlsen, rapid üzrə dünya çempionu və 2024-cü il İddiaçılar Turnirinin qalibi Dommaracu Qukeş, Yan Nepomnyaşi, Fabiano Karuana, Nadirbek Abdusattarov, Yağız Kaan Ərdoğmuş, Ediz Gürel, Vasili İvançuk və başqa tanınmışlar var.
Azərbaycanı isə dünya çempionatında 14 şahmatçı təmsil edəcək. Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınlar arasında isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları qüvvəsini sınayacaq.
Dekabrın 30-da yekunlaşacaq turnirin ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdı.