EN

Zooparkdan qaçan canavar qorxu SAÇDI

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Tokionun qərbindəki zooparkdan qaçan canavar şəhərdə qorxu dolu anlar yaşadıb.

“Cebheinfo.az” “Kyodo”-ya istinadən xəbər verir ki,  canavar həmin gün daha sonra tutulub zooparka qaytaırlsa da, şəhər əhalisi hadisəni hələ uzun müddət xatırlayacaq.

Hinodakı Tama Zooloji Parkının məlumatına görə, zoopark işçisi səhər saat 9:30-da açıldıqdan sonra canavarı ictimai yolda görüb. Avropa canavarı saat 14:20 radələrində kolluqda aşkar edildikdən sonra tutulub.

Ziyarətçilər binalara və digər ərazilərə sığınmaq məcburiyyətində qalıblar. Xəsarət alanlar barədə məlumat verilməyib. Zoopark əvvəlcə təhlükəsizlik səbəbi ilə bağlanıb və həmin gün yenidən açılmayacağını açıqlayıb.

1958-ci ildə açılan Tama Zooloji Parkının veb saytındakı məlumata görə, burada Yaponiyadan və xaricdən təxminən 260 heyvan növü yaşayır.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
1
cebheinfo.az

2Sources