EN

Bricit Bardo 91 yaşında vəfat etdi

BAKI, 28 dekabr. TELEQRAF

Məşhur fransız aktrisa Bricit Bardo 91 yaşında dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə AFP "Bricit Bardo Fondu"na istinadən məlumat yayıb.

"Bricit Bardo Fondu böyük kədərlə fondun prezidenti və qurucusu, dünya şöhrətli aktrisa və müğənni Bricit Bardonun vəfatını bildirir. O, parlaq karyerasından imtina edərək həyatını heyvanların müdafiəsinə həsr etmişdi", - Fondun açıqlamasında qeyd olunub.

Fond aktrisanın ölüm tarixini və yerini açıqlamayıb.

Chosen
92
2
teleqraf.com

2Sources