Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İngiltərənin “Çelsi” klubunun keçmiş sahibi Roman Abramoviçə Britaniyanın baş naziri Kir Starmer sərt tələb irəli sürüb.
İdman.Biz “The Times” nəşrinə istinadla xəbər verir ki, Starmer Abramoviçdən “Çelsi”nin satışından əldə olunan təxminən 2,5 milyard funt sterlinqin Ukraynaya verilməsini tələb edir.
Lakin rusiyalı milyarder bu tələbi qəbul etmir və artıq yüksək səviyyəli hüquqşünaslardan ibarət komanda formalaşdırıb. Həmin hüquqşünaslar arasında ABŞ-nin keçmiş prezidenti Donald Trampın sabiq müşavirinin də olduğu bildirilir.
Qeyd olunur ki, Abramoviç vəkilləri vasitəsilə məsələni məhkəmə müstəvisində həll etməyə hazırdır və Starmer hökumətinin mövqeyinə qarşı hüquqi arqumentlər irəli sürmək niyyətindədir.
Xatırladaq ki, 2023-cü ildə yayılan məlumatlara görə, Abramoviç satışdan əldə edilən vəsaitlə bağlı ilkin şərtlərin yerinə yetirilməsində israr edirdi. Həmin şərtlərə əsasən pullar yalnız Ukraynaya deyil, həm də Rusiyada müharibədən zərər çəkmiş şəxslərə yardım məqsədilə paylanmalı idi.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.