EN

“AzerGold” Smartminting texnologiyasını tətbiq edir və milli məhsullarla iqtisadiyyata töhfə verir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

“AzerGold” 2023-cü ildən etibarən məhsulların hazırlanmasında müasir və alternativ istehsal həlli olan “Smartminting” texnologiyasının tətbiqinə başlayıb. Xüsusilə qeyd etmək istərdik ki, numizmatika sahəsində inqilabi yenilik sayılan bu texnologiya vasitəsi ilə üçölçülü formatda mürəkkəb dizaynlı sikkələrin istehsalı həyata keçirilir. Bu innovativ üsul Asiya qitəsində ilk dəfə məhz Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkənin AzerGold tərəfindən istehsalında tətbiq edilib.

"AzerGold" QSC-nin 2025-ci ildə dünya və yerli bazarlarda ümumi satışlarının həcmi 431 milyon manat təşkil edib. Fəaliyyət dövrü ərzində dövlət şirkəti ölkə iqtisadiyyatına 1,9 milyard manat həcmində vəsait cəlb edib.

Ökəmizin aparıcı dağ-mədən şirkəti “AzerGold” yalnız qızıl və gümüşün hasilatı və ixracı ilə deyil, həm də məhsulların son istehlakçıya çatdırılması sahəsində uğurla həyata keçirdiyi təşəbbüsləri ilə də seçilir. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət çərçivəsində bu istiqamətdə bir çox uğurlar əldə edilib. Yerli istehsalın təşviqinə yönəlmiş iqtisadi siyasət fəaliyyətimizə geniş imkanlar açıb. Yerli xammal əsasında hazırlanmış qiymətli məmulatların daxili bazarda satışı, mədəni irsin və milli dəyərlərin təbliği ilə yanaşı, rəqabətqabiliyyətli milli məhsulların yaradılması baxımından da uğurlu nümunəyə çevrilib.

“AzerGold”un ilk məhsullarının təqdimatına 2019-cu ildən başlanılıb. Sikkə və külçələrin istehsalında əsas məqsəd yerli bazarı milli dəyərlərimizi əks etdirən məhsullarla təmin etməklə “Made in Azerbaijan” brendini təşviq etmək idi. Bu günədək, maddi dəyərdən savayı, mənəvi və simvolik mənalar daşıyan 13 qızıl və 9 gümüş kolleksiyanın kütləvi istehsalı həyata keçirilib. Zamanla bu layihə yalnız təbliğat missiyası ilə məhdudlaşmayaraq, ölkə iqtisadiyyatı üçün real dəyər yaradan uğurlu bir modelə çevrilib. Yerli xammalın əlavə dəyərə malik son məhsula çevrilməsi iqtisadi şaxələndirməyə töhfə verib. Cari ildə qiymətli məhsulların ölkədaxili pərakəndə satışından 38,6 milyon manat vəsait əldə edilib. 2019-cu ildən bu günədək isə məhz pərakəndə satışdan ölkə iqtisadiyyatına təqribən 92 milyon manata yaxın vəsait cəlb olunub.

Chosen
10
3
turkic.world

4Sources