Əl-Nəsr"in və Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştianu Ronaldu 2025-ci ildə vurduğu qolların sayını 40-a çatdırıb.
Fanat.Az xəbər verir ki, təcrübəli ulduz buna ötən gün ölkə çempionatının XI turunda "Əl-Uhdud" ilə matçda dubl etməklə nail olub.
O, karyerasında 14-cü dəfə bir ildə 40 dəfə fərqlənib.
Kriştianunun ən yaxşı nəticəsi 2013-cü ildə qeydə alınıb - 63 qol olub.
Qeyd edək ki, Ronaldu karyerası ərzində ümumilikdə 956 qol vurub.