"Əl-Nəsr" klubunun forvardı Kriştianu Ronaldu peşəkar karyerası ərzində 14-cü dəfə bir təqvim ili ərzində 40 qol həddinə çatıb.
Redaktor.az bu barədə championat.com-a istinadən xəbər verir.
Portuqaliyalı futbolçu oxşar uğura 2010-2018-ci illərdə, 2020, 2021 2023 və 2024-cü illərdə nail olub.
Ronaldunun bu göstərici üzrə ən yaxşı nəticəsi 2013-cü ildə qeydə alınıb - 63 qol.