EN

Rusiya ordusu Kupyanskda mühasirəyə alınıb - Viktor Trequbov

Kupyanskda rusiyalılar mühasirədə qalır və məhv edilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Silahlı Qüvvələri (USQ) yayıb. 

Mənbə qeyd edir ki, Xarkov vilayətinin Kupyansk rayonu ərazisində rusiyalı işğalçı qüvvələrin məqsədi şəhərin özünə daxil olmaq deyil, Oskol çayının sol sahilində yerləşməkdir.

Bu barədə 28 dekabrda milli telemarafonda Birləşmiş Qüvvələrin USQ-da kommunikasiyalar idarəsinin rəisi Viktor Trequbov məlumat verib.

Ötən gün Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Qerasimov Vladimir Putinə Kupyanskın şərqində Oskol çayının sol sahilində ukraynalı hərbçilərin guya blokadaya alındığını məruzə edib.
 

Yeri gəlmişkən, 6 oktyabrda da Qerasimov Putinə Kupyansk və Donetsk vilayətinin Pokrovsk yaxınlığında ukraynalı qoşunların guya mühasirəyə alındığını məruzə etmişdi.


Daxili işlər naziri İqor Klimenko, USQ baş komandanı Aleksandr Sırski, sonra isə Ukrayna prezidenti Volodimir Zelenski bu məlumatı təkzib etmişdi.

Bizim.Media

Chosen
61
1
bizim.media

2Sources