EN

Ukrayna Donetskdə rus xüsusi təyinatlılarına qarşı əməliyyat keçirdiyini açıqladı

Donetsk vilayətinin işğal olunmuş Berdyanske yaşayış məntəqəsində Rusiyanın Ussuriysk şəhərindən olan xüsusi təyinatlı hərbi birliyinə qarşı planlaşdırılmış əməliyyat həyata keçirilib.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları qüvvələrinin komandanı Robert Brovdi "Telegram" kanalında bildirib.

Məlumatda qeyd olunur ki, əməliyyat nəticəsində 14-cü xüsusi təyinatlı briqadanın şəxsi heyətindən 51 hərbçi məhv edilib, 74 nəfər isə yaralanıb. Bundan əlavə, bir neçə hərbçinin taleyi naməlum olaraq qalır.

Brovdi bildirib ki, əməliyyat düşmənin komanda məntəqəsi və şəxsi heyətin yerləşdiyi sahələrə zərbə endirilməsi ilə icra edilib. Onun sözlərinə görə, sözügedən briqada əsasən kəşfiyyat və xüsusi əməliyyatlar üzrə ixtisaslaşıb.

Ukrayna tərəfinin məlumatı müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Chosen
40
teleqraf.com

1Sources