EN

Problemli kreditlərin həcmi yenidən ARTDI

Bu ilin 10 ayında ölkədə problemli kreditlərin həcmi 805.5 milyon manata çatıb. Nəzərə alsaq ki, ilin son iki ayının nəticələri hələ açıqlanmayıb, bu məbləğin artacağı istisna edilmir. Məlumata görə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14.5 faiz çoxdur. Beləliklə, son bir il ərzində problemli kreditlərin həcmi təxminən 102 milyon manat artıb.

 

Modern.az XÉ™zÉ™r TV-yÉ™ istinadÉ™n xÉ™bÉ™r verir ki, iqtisadçı ekspert Xalid KÉ™rimlinin sözlÉ™rinÉ™ görÉ™, bu ilin yay aylarınadÉ™k bankların kredit ÅŸÉ™rtlÉ™rini nisbÉ™tÉ™n sadÉ™ləşdirmÉ™si vÉ™ faiz dÉ™rÉ™cÉ™lÉ™rinin artması problemli kreditlÉ™rin hÉ™cminÉ™ tÉ™sir göstÉ™rib.

 

İpoteka kreditləri üzrə problemli kreditlərin həcmində isə bu il azalma qeydə alınıb. Belə ki, ilin əvvəlində ipoteka kreditləri üzrə qeyri-işlək borcların həcmi 34 milyon manat olduğu halda, ötən ayın əvvəlində bu göstərici 32.1 milyon manata enib. Bununla yanaşı, qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cüzi artım göstərib.

 

Xalid Kərimlinin fikrincə, bank sektorunda risklərin azaldılması istiqamətində tədbirlərin gücləndirilməsinə ehtiyac var.

Chosen
12
6
modern.az

7Sources