Region Liqasının onuncu turunda səfərdə “Naxçıvan” komandasına 4:0 hesabı ilə qalib gələn “Lənkəran” komandası qış fasiləsinə qələbə ilə yollanıb.
İdman.Biz xəbər verir ki, komandanın baş məşqçisi Nahid Salmanov fasilə dövründə yeni oyunçular cəlb edəcəklərini bildirib.
Komandada çatışmazlıqlar olduğunu söyləyən baş məşqçi son oyunun da bu çatışmazlıqlara görə çətin keçdiyini vurğulayıb. O komanda şəklində ikinci dövrəyə hazırlaşacaqlarını söyləyib:
“Komandadan razıyam. Çatışmazlıqlar üzərində işləyəcəyik və oyundan-oyuna o səhvləri etməməyə çalışacağıq”.