Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Valensiya"nın məşqçisi 3 övladı ilə gəmidə batdı
İspaniyanın “Valensiya” klubunun qadınlardan ibarət ikinci komandasının baş məşqçisi Fernando Martin və üç övladı gəmi qəzasında itkin düşüb.
QOL.az "Mundo Derportivo"ya istinadən xəbər verir ki, hadisə dekabrın 26-da İndoneziya sahillərində baş verib.
Martinin həyat yoldaşı Andrea və 7 yaşlı bir qızı, həmçinin dörd ekipaj üzvü və tur rəhbəri xilas ediliblər. Hadisənin güclü külək səbəbindən baş verdiyi bildirilir.
Axtarış-qurtarma qrupları gəminin qalıqlarını sahil yaxınlığında tapıblar. Padar Adası Boğazında batmış bərənin göyərtəsində 11 nəfərin olduğu bildirilir. Martinin uşaqlarının 9, 10 və 12 yaşı olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.