EN

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub

Bakı. Trend:

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşlarıtərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub,avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat vəsağlamlığına real təhlükə yaradan "Tofaş" markalı 99-KG-772 dövlətqeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Asif Abbaszadəsaxlanılıb.

Trend-in məlumatına görə, bu barədə BŞDYPİ-dən bildiriblər.

Bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikasınınİnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokoltərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə sürücü A. Abbaszadənin nəqliyyat vasitəsiniidarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutkainzibati qaydada həbs edilib.

Chosen
56
30
az.trend.az

10Sources