“Real” klubu gələn yay azad agent statusu alacaq yarımmüdafiəçiləri yaxından izləyir.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, “kral klubu” qış transfer pəncərəsində bu mövqeni gücləndirməyi planlaşdırmır.
Mənbənin məlumatına görə, “Real” üçün mümkün variantlardan biri Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun 28 yaşlı yarımmüdafiəçisi Ruben Neveşdir. Futbolçunun mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Qeyd olunur ki, Səudiyyə təmsilçisi cari qış transfer dövründə €15–20 milyon məbləğində təklif alacağı təqdirdə oyunçunu satmağa hazırdır.
Ruben Neveş 2023-cü ilin yayından “Əl-Hilal”ın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 16 oyunda iştirak edib, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 25 milyon avro təşkil edir.