EN

"Sabah" kimi komandaya qarşı daha diqqətli oynamaq lazımdır, onlarla matçda səhv etmək olmaz"

"Sumqayıt"ın qolkiperi Mehdi Cənnətov Sportal.az saytına müsahibə verib.

- 2025-ci ilin son matçında “Sumqayıt” evdə “Sabah”a 1:3 hesabı ilə məğlub oldu. Həmin matçdakı performansınızı necə qiymətləndirirsən? Uğurlu nəticə göstərə bilərdiniz?

- Bəli, mütləq ki, daha yaxşı oynaya bilərdik. “Sabah” kimi komandaya qarşı daha diqqətli oynamaq lazımdır, səhv etməyə yol vermək olmaz. Hazırda daimi qələbə qazanırlar. “Sabah” ən sabit komandadır, onlarla görüşdə səhvə yol vermək olmaz.

- “Sabah” hazırda çempionatda liderdir, onlar “Qarabağ”ı da məğlub etdilər. “Sabah” “Qarabağ” qədər güclüdür?

- "Qarabağ" və "Sabah" klublarını müqayisə etmək istəməzdim. Hər iki komanda çempion olmaq istəyir. Mən daha çox komandam haqda düşünürəm. Vacib olan da budur. 

- “Sumqayıt” turnir cədvəlində 5-ci pillədədir. Nəticədən razısınız, yoxsa daha yaxşı oynaya bilərdiniz? Avrokubok şanslarınızı necə dəyərləndirirsən?

- Gördüyünüz kimi, turnir cədvəlində hər komanda bir-birinə yaxındır. Vəziyyət tez dəyişə bilər. Hər kəsin bir-birinə qarşı oynamağı çətindir, çünki hər kəs rəqibini yaxşı tanıyır. Mövsümün ikinci hissəsi daha da çətin olacaq və biz fəxri kürsüdə bitirmək üçün yaxşı hazırlaşmalıyıq.

- "Sumqayıt"ın son matçlarında qapıda sən yox, Xəyal Feyzullayev var idi. Bunun səbəbi nədir?

- Bu, məşqçinin qərarıdır. Paltardəyimə otağında komandaya kömək etməyə çalışdım. Xəyal əla iş gördü, afərin ona.

- Deyirlər ki, bu mövsüm Azərbaycan Premyer Liqasında rəqabət daha sərt, daha güclü və daha gərgindir. Sizcə, 2025/2026 mövsümü həqiqətən də daha çətin olacaq? Bu mövsüm əvvəlkilərdən nə ilə fərqlənir?

- Komandaların sayı artıb və beləliklə, rəqabət güclənib. Komandalar nə qədər çox olarsa, liqa bir o qədər çətinləşir.

- Azərbaycan milli komandasına dəvət edilmirsiniz. Bunu nə ilə izah edərdiniz? Qarşıdakı toplanışlar üçün dəvət gözləyirsiniz?

- Yalnız özüm haqda danışa bilərəm. Əlbəttə ki, milli komandaya dəvət gözləyirəm. Hər bir futbolçu üçün ölkəsi üçün oynamaq və ölkəsinə kömək etməyə çalışmaq arzusudur.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Chosen
41
2
sportal.az

3Sources