EN

Premyer Liqa təmsilçisi ilə danışıq aparır - Almaniyalı yarımmüdafiəçinin meneceri

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” almaniyalı futbolçuyla maraqlanır.

İngiltərə klubu yanvar transfer pəncərəsində onu heyətinə qatmağa çalışacaq. Oyunçunun agenti klubla danışıqlara başlayıb.

Qoretskanın “Bayern”lə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. O, 2018-ci ildən Münhen klubunda çıxış edir.

30 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 14 oyunda meydana çıxıb və qol vurmayıb.

Chosen
27
sportinfo.az

1Sources