EN

"Valensiya"nın məşqçisi 3 övladı ilə gəmidə batdı - FOTO

İspaniyanın “Valensiya” klubunun qadınlardan ibarət ikinci komandasının baş məşqçisi Fernando Martin və üç övladı gəmi qəzasında itkin düşüb.

"Unikal" "Mundo Derportivo"ya istinadən xəbər verir ki, hadisə dekabrın 26-da İndoneziya sahillərində baş verib.

Martinin həyat yoldaşı Andrea və 7 yaşlı bir qızı, həmçinin dörd ekipaj üzvü və tur rəhbəri xilas ediliblər. Hadisənin güclü külək səbəbindən baş verdiyi bildirilir.

 Axtarış-qurtarma qrupları gəminin qalıqlarını sahil yaxınlığında tapıblar. Padar Adası Boğazında batmış bərənin göyərtəsində 11 nəfərin olduğu bildirilir. Martinin uşaqlarının 9, 10 və 12 yaşı olub.

Chosen
68
4
unikal.az

10Sources