EN

Nəriman Axundzadə transfer olunacaq?- AÇIQLAMA

Ajans.az xəbər verir ki, "Qarabağ"ın hücumçusunun ətrafında yaranmış vəziyyətlə bağlı milli komandamızın baş məşqçisi Ayxan Abbasov Sportal.az-a açıqlama verib: "Hazırda millimizin 4 hücumçusu var - Renat, Mahir, Nəriman və Musa. Onlardan Mahir və Nərimanı cinahlarda da istifadə edə bilirik. Amma indiki halda hərəsinin özünə görə problemləri var. Mahir zədəlidir. Renatın Polşa karyerası uğurlu olmadı. Musa da zədə səbəbindən xeyli oyun buraxıb, yalnız son vaxtlar davamlı çıxış etməyə başlayıb.
Chosen
28
Ajans.az

1Sources