EN

"Bavariya" iki futbolçusuna yeni müqavilə təklif etdi

BAKI, 28 dekabr. TELEQRAF

Almaniyanın "Bavariya" klubu futbolçuları Serj Qnabri ilə Konrad Laymerin müqavilə müddətini uzatmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.

Münhen təmsilçisi hər iki oyunçuya yeni sözləşmə təklif edib.

2018-ci ildən "Bavariya"da olan Qnabrinin müqaviləsi mövsümün sonunda başa çatır. Ona müddəti 2028-ci ilin yayına qədər olan sözləşmə təklif edilib.

Laymerin razılaşması isə 2027-ci ilin yayında bitir. Avstriyalı yarımmüdafiəçinin yeni müqaviləsi 2029-cu ilin yayınadək ola bilər.

Qeyd edək ki, "Bavariya" hazırda 15 oyundan sonra 41 xalla Almaniya Bundesliqasının turnir cədvəlinin lideridir.

Chosen
26
teleqraf.com

1Sources