EN

Zelenski Mayamiyə getdi

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla kritik sülh danışıqları aparmaq üçün Florida ştatının Mayami şəhərinə gəlib.

“Qafqazinfo” xəbər verir ki, görüşün bu gün, dekabrın 28-də yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə gecə saat 00:00-da) Donald Trampın Palm-Biçdəki ‘Mar-a-Laqo’ iqamətgahında keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, sözügedən görüşün əsas müzakirə mövzusu Zelenskinin bir neçə gün əvvəl açıqladığı 20 bəndlik sülh planıdır.

Xatırladaq ki, təqdim olunan 20 bəndlik planda Ukraynanın suverenliyinin təsdiqi, NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri, sülh dövründə ordunun sayının 800 min nəfərlə məhdudlaşdırılması və razılaşma imzalandıqdan sonra dərhal seçkilərin keçirilməsi kimi bəndlər yer alır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
3
qafqazinfo.az

7Sources