EN

Zelenski Trampla görüş üçün Mayamidədir

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla danışıqlar aparmaq üçün Mayamiyə səfər edib.

Modern.az xəbər verir ki, o, dekabrın 28-də yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə gecə saat 00:00-da) Donald Trampın Palm-Biçdəki "Mar-a-Laqo" iqamətgahında olacaq.

Qeyd olunub ki, sözügedən görüşün əsas müzakirə mövzusu Zelenskinin bir neçə gün əvvəl açıqladığı 20 bəndlik sülh planıdır.

Chosen
31
2
modern.az

7Sources