Bu barədə Ajans.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilir ki, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.