EN

Netanyahunun təyyarəsi qadağan olunmuş ölkələrin üzərindən uçdu FOTO

ain.az, Unikal.az saytına istinadən bildirir.

İsrailin baş naziri Benyamin Netanyahunun təyyarəsi Beynəlxalq Cinayət Məhkəməsinin qərarına baxmayaraq Yunanıstan, İtaliya və Fransa üzərindən uçub.

"Unikal" xəbər verir ki, bu barədə "FlightRadar" məlumat yayıb. Marşrut onun sentyabr ayında BMT Baş Assambleyası üçün Nyu-Yorka etdiyi səfərdən fərqlənib. Belə ki, həmin səfərdə təyyarə Yunanıstan və İtaliya hava məkanından istifadə etmiş, lakin Fransa hava məkanına daxil olmamışdı.

2024-cü ilin noyabr ayında Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu üçün həbs qərarı verib. Bundan sonra AB Xarici İşlər Xidmətinin sözçüsü Peter Stano bütün Aİ üzv dövlətlərinin Beynəlxalq Cinayət Məhkəməsini dəstəklədiyini və İsrail baş nazirinin həbs qərarı da daxil olmaqla, onun qərarlarına əməl etməli olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
2
unikal.az

3Sources