Şəhidin xatirələrilə dolu olan avtomobil satılsa da, yenidən alınaraq ailəsinə geri qaytarılıb.
Kamran Əliyev 2001-ci ildə Lənkaranın Aşağı Nüvədi qəsəbəsində dünyaya gəlib. Yaşı çatdıqda da həbi xidmətə yola salınıb. 44 günlük Vətən müharibəsində igidlik göstərən Kamran 2020-ci il oktyabrın 12-də Xocavənddə gedən ağır döyüşlərdə şəhid olub.
Bir müddət sonra şəhidin atasının, usta kimi fəaliyyət göstərən Rasim Əliyevin işləri azalır. Maddi çətinlikdən ata oğlu ilə birlikdə ərsəyə gətirdiyi maşını satıb.
Satılan avtomobil, sonradan xeyirxah insanların təşəbbüsü ilə yenidən alınaraq şəhidin ailəsinə geri qaytarılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.