Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Kiyev, 28 dekabr, AZƏRTAC
Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Qulyapole şəhərinin Rusiya ordusu tərəfindən tutulmasına dair yayılan xəbəri təkzib edib.
AZƏRTAC-ın məlumatına görə, Ukrayna Cənub Müdafiə Qüvvələri bildirib ki, ruslar əvvəllər Xarkov vilayətinin Kupyansk şəhərinin işğalı haqqında yalan danışdıqları kimi, Qulyapole və Stepnogorsk şəhərlərinin ələ keçirilməsini də uydurublar. Bu, Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın dekabrın 28-nə planlaşdırılan görüşü ilə bağlıdır.
Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin də Rusiyanın Qulyapolenin ələ keçirilməsi ilə bağlı bəyanatının həqiqətə uyğun olmadığını bəyan edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.